Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

20:54 19 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:55 19.12.2018 Eviniz abad olsun
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilib
Milli Məclisdə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
12:04 25.04.2017

Aprelin 25-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, quruma üzv ölkələrdən Azərbaycan, Türkiyə, Ukrayna, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya və Serbiyanın nümayəndə heyətləri iştirak ediblər.

İclası komitənin sədr müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Özcan Ulupınar aparıb.

İclasın açılışında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlikdəki məsələnin QDİƏT regionu üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, müasir dünyadakı siyasi, iqtisadi, ekoloji problemləri yalnız ölkələrin birgə səyi ilə həll etmək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionuna da aiddir.

Ziyafət Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına təkan verib. Bölgələrdə 500-dәn artıq xəstəxana tikilib və ya әsaslı təmir olunub. Tibb müəssisələri müasir texnika və avadanlıqla təchiz edilib. Nəticədə əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin həllinə imkan yaranıb. Həyata keçirilən tədbirlər sayəsində ana və uşaq ölümünün səviyyəsi kəskin azalıb. Səhiyyədəki islahatlar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayandığını bir daha təsdiq edib.

Sonra QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxış edərək yaradılmış şəraitə görə iştirakçılar adından Milli Məclisin sədri Oqtay Əsədova minnətdarlığını bildirib.

Açılış mərasiminin yekununda tədbir iştirakçıları Milli Məclisin foyesində ailə fotosu çəkdiriblər.

Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası işini davam etdirib. Əvvəlcə təşkilati məsələlərə baxılıb. Gündəlik təsdiqləndikdən sonra komitənin sədr müavini, Ukrayna Ali Radasının deputatı Sergey Kunitsın təkrarən mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədr müavini seçilib. 2016-cı il oktyabrın 25-26-da komitənin Buxarestdə keçirilmiş 47-ci iclasının protokolu təsdiqlənib.

Sonra iclasda komitənin üzvü, QDİƏT PM sədrinin müavini Musa Quliyev “QDİƏT-ə üzv olan dövlətlərdə dayanıqlı səhiyyə sisteminin təmin edilməsində parlamentlərin rolu” mövzusunda məruzə layihəsini təqdim edib. Bildirilib ki, BMT Baş Assambleyası 2015-ci ilin sentyabrında dünyada 2030-cu ilədək müddət üçün Davamlı İnkişaf məqsədlərini müəyyən edib. Həmin sənədin 13-cü bəndi bütün yaşlardan olan insanlar üçün sağlam həyat tərzini və rifahı nəzərdə tutur. QDİƏT hesab edir ki, səhiyyə insanın həyat fəaliyyətində, ölkələrin və bütövlükdə regionun həyatında çox vacib məsələdir.

Qeyd olunub ki, səhiyyənin bir sıra (ənənəvi və yeni) problemlərinin həllində parlamentlər mühüm rol oynaya bilər. Belə ki, deputatlar əhalinin sağlamlığının qorunması sahəsində milli qanunvericiliyin daim yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması üçün parlamentlər və hökumətlər qarşısında təkliflərlə çıxış etməlidirlər.

Məruzədə insan inkişafı indeksi, səhiyyə təminatında əsas problemlər, dövlət icbari tibbi sığortası, özəl səhiyyə sektorunda bahalı olmayan tibbi xidmət sxemlərinin hazırlanması, regionda saxta dərman dövriyyəsinin məhdudlaşdırılması və digər aktual məsələlər barədə danışan Musa Quliyev qeyd edib ki, hazırkı dövrdə tibbi xidmətin əlçatanlığının təmin olunması çox vacibdir. Çünki sosial-iqtisadi və ekoloji problemlər insanların xəstələnməsinə, əlilliyə, uşaq ölümünə və kasıblığa səbəb olur. Dünya miqyasında 1 milyard insanın gündəlik qazancı 2 dollardan aşağıdır. Dərmanların və tibbi xidmətlərin bahalığı insanları yoxsullaşdırır. Müharibələr qaçqınlıq, işsizlik, yoxsulluq və xəstələnmə riskini artırır. Ekoloji problemlər isə bütün xəstələnmələrin 25 faizini əhatə edir.

Məruzəçi deyib ki, hər bir xəstəlik tibbi olduğu qədər də sosial faktordur. Ona görə də, xəstəlik ucbatından insanların yoxsullaşmasının qarşısını almaq üçün parlamentlər 3 məsələni həll etməlidirlər: vergi siyasəti, ictimai sabitlik və tibbi sığorta. Könüllü tibbi sığortanın genişlənməsi və təkmilləşməsi, həmçinin vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi üçün deputatlar öz ölkələrində ümumi daxili məhsulda (ÜDM) və dövlət büdcəsində səhiyyənin payını artırmağa çalışmalıdırlar.

Statistika göstərir ki, dünyada 6 milyard insan səhiyyə xidmətindən ya qismən istifadə edir, ya da heç istifadə edə bilmir. 1 milyard insan keyfiyyətli su ilə təmin olunmur. 2,4 milyard insan antisanitariya şəraitində yaşamağa məhkumdur. Hər il dünyada 5 yaşınadək olan 2 milyon uşaq peyvənd çatışmazlığından ölür. Dünya əhalisinin 30 faizi aclıqdan əziyyət çəkir, yəni doyunca qidalanma imkanına malik deyil.

Bütün faktlar göstərir ki, zəngin və inkişaf etmiş ölkələrdə ölümün doğumu üstələməsi, yoxsul ölkələrdə isə vəziyyətin əksinə olması (yəni doğumun ölümü üstələməsi) yaxın gələcəkdə bəşəriyyəti keyfiyyətli insan problemi ilə qarşılaşdıra bilər. Bu risklər səhiyyə sahəsində ciddi islahatlar tələb edən əsas çağırışlardır. Bu çağırışlara qoşularaq QDİƏT PM əhalinin sağlamlığının qorunması sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının çərçivə qanunlarını dəstəkləyir və üzv ölkələrdə əhalinin adekvat, təminatlı və əlçatan tibbi xidmətlərlə əhatə olunması üçün parlamentlərin rolunun artırılmasını vacib hesab edir.

Məruzənin yekununda səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflər də diqqətə çatdırılıb.

Sonra iclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb və məruzə layihəsi təsdiqlənib. Musa Quliyev bu məruzə üzrə Baş Assambleyaya məruzəçi təyin olunub.

Məruzəyə dair tövsiyə layihəsi təqdim edilib və tövsiyələr yekdilliklə qəbul olunub.

İclasda Türkiyə, Yunanıstan, Moldova və Ukrayna nümayəndə heyətlərinin təmsilçiləri, digər qurumların nümayəndələri çıxış edərək gündəlikdəki mövzuya dair təkliflərini diqqətə çatdırıblar.

Tədbirin yekununda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin növbəti iclasının 2017-ci il iyulun 4-6-da Türkiyənin İstanbul şəhərində keçirilməsi qərara alınıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM