Alternative content

13:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
“Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
ANA SƏHİFƏ / PARLAMENT
02:04 24.04.2017

 

Aprelin 24-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verib. İclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq hazırlanıb və öhdəliklərin icrasını təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.

Bildirilib ki, “Daşınar əmlakın yüklülüyü haqqında” yeni hazırlanan qanun 6 fəsil, 29 maddədən ibarətdir.

Sənədin reyestrdən istifadə haqqında maddəsinə əsasən yüklülük, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə haqqında bildirişlərin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin müraciəti ilə həmin şəxsə axtarışın nəticələrinə dair kağız daşıyıcılarda təsdiqlənmiş hesabatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutulur.

Müzakirələr zamanı deputatlar qanun layihəsi ilə bağlı təkliflərini bildiriblər.

Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.