Alternative content

18:02 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:04 21.04.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” superturnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov bildirdi ki, bu cür mötəbər turnirin keçirilməsi həm Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfəsini verir və həm də regional turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. O, dünyada xeyli sayda insanın bu tədbirə böyük maraq göstərdiyini dedi.

“Shamkir Chess 2017” superturnirin əhəmiyyətinə toxunan dövlətimizin başçısı onun artıq ənənəvi bir tədbirə çevrildiyini, şəxsən Kirsan İlümjinovun və dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakını tədbirin səviyyəsinin daha da yüksəlməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev bu cür mötəbər beynəlxalq tədbirlərin təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı ümumilikdə Azərbaycanın regionlarının inkişaf etdirilməsi və lazımi infrastrukturun yaradılması baxımından ölkəmizdə böyük işlərin görüldüyünü vurğuladı.

Söhbət zamanı Azərbaycanda dövlət səviyyəsində idmana böyük qayğı göstərildiyi bildirildi və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.