Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
12:04 18.04.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini dedi. Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğuladı. Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini dedi.

Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə etdi.