17 Aprel 2017 10:04
342
PARLAMENT
A- A+

Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə istiqamətində mühüm işlər görülür

 

Aprelin 17-də Azərbaycan Milli Məclisinin sədrinin müavini Bahar Muradova beynəlxalq ekspert, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü xanım Pramila Patten ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, gender əsaslı zorakılıqla mübarizə dünya qadınları üçün vacib məsələdir. Zorakılıqsız cəmiyyət hər kəsin arzusudur. BMT və onun qurumları ilə fəal əməkdaşlıq edən Azərbaycan bu sahədə də mühüm işlər görür. Milli Məclis lazımi qanunları qəbul edib. Həyatın tələbinə uyğun olaraq zaman-zaman həmin qanunlara müvafiq dəyişikliklər olunur.

Xanım Pramila Patten bildirib ki, hazırkı səfəri “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı 2 illik layihə çərçivəsində baş tutur. Layihənin əsas məqsədi bu sahədə səmərəli cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Layihənin komponentlərindən biri “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması, həmçinin Milli Fəaliyyət Planının hazırlanmasıdır. P.Patten qeyd edib ki, hökumət nümayəndələri ilə ölkəmizdə keçirdiyi görüşlər zamanı toplanmış məlumatlar təhlil ediləcək, Milli Əlaqələndirmə Şurasının yaradılması, Milli Fəaliyyət Planının hazırlanması prosesində istifadə olunması üçün tövsiyələr şəklində hökumətə təqdim olunacaq.

Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü və qurumun miqrasiya komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə AŞPA-nın baş məruzəçisi, həmçinin “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova mövzu ilə bağlı çıxış edərək ölkəmizdə görülən işlərdən danışıblar.

Səmərəli fikir mübadiləsinin aparıldığı görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanlı, BMT-nin Əhali Fondunun və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri iştirak ediriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video