Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:08 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
05:04 10.04.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və bütün digər sahələrdə inkişafından məmnunluq ifadə edərək dedi ki, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq ümumilikdə əlaqələrimizin uğurlu inkişafının əsasını təşkil edir. Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığımızın çox yaxşı səviyyədə olduğunu bildirən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan ilə Rusiyanın həyata keçirdiyi daimi təmaslar və bir çox məsələlərin birgə həlli bu baxımdan böyük önəm daşıyır, regionumuzda mövcud olan vəziyyət təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini zəruri edir. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri qarşılıqlı fəaliyyətin, təhlükəsizlik sahəsində əməkdaşlığın, risklərin minimallaşdırılması, ölkələrimizin inkişafı və xalqlarımızın firavanlığının təmin edilməsi kimi məqsədlərə nail olunması işinə öz töhfəsini verəcək.

Nikolay Patruşev ilk növbədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd etdi ki, Azərbaycan və Rusiya dövlətləri başçılarının ölkələrimiz arasında münasibətlərin inkişafından razılıq ifadə etmələri böyük önəm daşıyır və prezidentlər arasında olan münasibətlər bütün digər qurumların da səmərəli fəaliyyətinə təkan verir. Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin böyük rol oynadığını deyən Nikolay Patruşev qeyd etdi ki, təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz. Bu gün beynəlxalq aləmdə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edən qonaq səfəri zamanı Azərbaycan tərəfi ilə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Rusiya Federasiyasının Prezidentinə çatdırmağı xahiş etdi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM