Alternative content

05:04 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cari ilin üç ayında ölkəmizə gələn turistlərin sayında 24,9 faiz artım olub
Cari ilin üç ayında ölkəmizə gələn turistlərin sayında 24,9 faiz artım olub
ANA SƏHİFƏ / Turizm
03:04 07.04.2017

Ötən ilin ilk üç ayı ilə müqayisədə bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında 24,9 faiz artım olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir deyib: “2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib. Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 60 mindən çox olub”.