Turizm Şurasının üçüncü iclası keçirilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Turizm Şurasının aprelin 6-da Bakı Ekspo Mərkəzində üçüncü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda aprelin 10-dan öz işinə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər və şuranın ikinci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti, eyni zamanda, mayın 4-6-da Bakıda gerçəkləşəcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə edilib.
İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verib.
Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdıraraq ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il Fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yollarından bəhs edən Ə.Qarayev statistik rəqəmləri diqqətə çatdıraraq son üç ayda ölkəmizə gələn xarici turistlərin sayının 557 mindən artıq olduğunu söyləyib. Ölkəmizə gələn turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, Ərəb ölkələrini əhatə edir.
Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir deyib ki, festivalın hazırlıqla bağlı bütün müvafiq işlər görülüb.
Nazir deyib: “Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam edir. Festivala uyğun bütün maliyyə və vergi, təhlükəsizlik və digər qaydalar öz həllini tapıb, reklam işlərinin təyin edilməsi uğurla davam etdirilir. Bundan əlavə, bu gündən etibarən beş gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər reallaşacaq. Treninqlər vergilər nazirliyi və universitetin müəllim heyəti tərəfindən həyata keçiriləcək. Festivalda 40-dək restoran iştirakçı qismində qeydiyyatdan keçib. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub. Televiziyalar və festivalın rəsmi informasıya tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC cəmiyyəti festivalla bağlı dolğun məlumatlandırır”.
Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova çıxış edərək festivala hazırlıqla bağlı görülən işlərdən danışıb.
Ü.Mirqasımova deyib: “Festival geniş təbliğ edilməklə yanaşı, ƏDV-nin qaytarılması ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılıb. ƏDV-nin qaytarılması proqramı üzrə normativ baza uğurla tamamlanıb və xidmət şəbəkəsi üzrə hazırlıq işləri yekunlaşıb. Buraya proqram təminatı, müvəkkil banklar, ƏDV köşklərinin quraşdırılmasını aid etmək olar. Festivalın xaricdə təbliğatı işləri də uğurla davam etdirilir. Festival yeddi ölkədə təbliğ edilir. Festival boyunca əyləncəli və mədəni tədbirlər həyata keçiriləcək. Bu tədbirlər şəhərin ən çox sıx turist axını olan nöqtələrində reallaşacaq. Martın 1-dən fəaliyyətə başlayan festivalın saytına bu günədək 57 min baxış olub. Sosial şəbəkələrdə yerləşdirilmiş reklamlar 10 milyon auditoriya tərəfindən görülmüş və 600 min insan buna reaksiya vermişdir”.
İclas mayın 4-6-da Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin müzakirəsi ilə davam edib.
Diqqətə çatdırılıb ki, sözügedən Forum BMT səviyyəsində dəstəklənəcək və tədbir bu nüfuzlu qurumun rəsmi saytı vasitəsilə birbaşa yayımlanacaq.
İclasda Şura üzvləri tərəfindən turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydal...
28 Mart
Gürcüstanda ölüm halları artır - Statistika
28 Mart
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan
28 Mart
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib
28 Mart
Bayden Trampı 3 faiz fərqlə qabaqlayır - SORĞU
28 Mart
ABŞ Nümayəndələr Palatasının heyəti Türkiyəyə gələcək
28 Mart
“Hər an sülh əldə etmək mümkündür” - Olaf Şoltsdan Ukrayna açıqlaması
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!