06 Aprel 2017 10:04
500
Qəbullar
A- A+

Prezident İlham Əliyev Rusiyanın Stavropol vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlığının önəmi vurğulandı, Azərbaycanın Stavropol vilayəti üçün ticarət və iqtisadi əməkdaşlıq baxımından ən vacib tərəfdaş ölkə olduğu qeyd edildi.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakından məmnunluğunu ifadə etdi. Stavropol vilayətinin Beynəlxalq Turizm və Səyahətlər Sərgisində bir neçə dəfə iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev ötən dövr ərzində Stavropol vilayətində turizmin daha da inkişaf etdiyini əminliklə bildirdi.

Turizmin cəlbedici investisiya sahəsi olduğunu vurğulayan Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov rəhbərlik etdiyi vilayətdə artıq 5 sanatoriyanın inşasına başlanıldığını və bu layihələrdən birinin Azərbaycandan olan investorlar tərəfindən həyata keçirilməsini məmnunluqla vurğuladı. Vladimir Vladimirov bildirdi ki, Rusiyanın Baş naziri Dmitri Medvedev Stavropolda olarkən həmin sanatoriyanın inşasını yüksək qiymətləndirdi və Kislovodskda növbəti bir layihənin azərbaycanlı investorlara həvalə edilməsi ilə bağlı tapşırıq verdi.

Azərbaycanlı investorlar tərəfindən həyata keçirilən bu layihələrin yüksək səviyyədə icra olunduğunu vurğulayan Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi.

Söhbət zamanı yeni inşa olunan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Stavropoldan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çatdırılmasının əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Rusiyanın Stavropol vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğu qeyd edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video