Mehriban Əliyeva müharibə əlillərinin sosial problemlərinin həllini fəaliyyət prioritetlərindən biri elan etdi
Ötən ilin aprelində düşmənin təxribatlarının qarşısını alan Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar Dağlıq Qarabağ münaqişəsinin tarixinə dönüş nöqtəsi kimi düşdü. Çünki dörd gün ərzində erməni hərbi birləşmələrinə divan tutan Silahlı Qüvvələrimizin qələbəsi atəşkəsin imzalanmasından ötən 22 ildə ilk dəfə işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Bu möhtəşəm hərbi zəfər Azərbaycanın bir dövlət kimi hərbi qüdrətini, hər baxımdan bölgənin lider dövləti olmasını praktik təsdiq etdi.
Aprel döyüşləri bizim şanlı qələbəmizdir
Həmin günlərdə bütün ölkə ictimaiyyətinin nəbzi cəbhə ilə döyünürdü. Əldə silah tutmağa qabil hər kəs könüllü şəkildə torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır idi. Bu mənada dördgünlük savaş Azərbaycan cəmiyyətinin dövlətimizin taleyüklü məsələlərində nə qədər həmrəy olduğunu, lazım gəldiyi anda yumruq kimi birləşdiyini dünyaya nümayiş etdirdi.
Döyüşlərdən bir neçə gün sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Mehriban Əliyevanın cəbhəboyu kəndlərə səfər etməsi, əhali ilə görüşməsi, dağıdılmış evlərin bərpası istiqamətində verilən tapşırıqlar xalqımızın dərin rəğbətinə səbəb oldu. Cənab Prezidentin hərbi hospitalda yaralı əsgərlərlə və onların valideynləri ilə görüşməsi və Mehriban xanım Əliyevanın şəhid olmuş hərbi qulluqçuların ailələrinə göstərdiyi dəstək Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında və cəmiyyətimizdə olan böyük ruh yüksəkliyini daha da artırdı.
Prezident İlham Əliyev ötən ilin noyabr ayında Füzuli rayonunun ictimaiyyəti ilə görüşdə aprel döyüşlərini şanlı qələbə adlandıraraq deyib: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır”.
Dövlət daim şəhid ailələrinin və əlillərin yanındadır
Aprel qələbəsi xalqımız üçün itkisiz ötüşmədi, şəhidlər verdik. Çünki torpaq uğrunda ölən varsa vətəndir. Bu amansız döyüşlərdə əsgər və zabitlərimizdən yaralananlar, əlil olanlar da oldu. Amma ötən bir ildə yaşananlar göstərdi ki, dövlət daim həm şəhid ailəsi üzvlərinin, həm də əlillərin yanındadır. Onların hər birinin qayğısı, problemi dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın aprelin 3-də 2016-cı ilin aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitimizlə keçirdiyi görüş bunu bir daha təsdiq etdi.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın indiyədək fəaliyyətində həssas vətəndaş qruplarına, sosial qayğıya daha çox ehtiyacı olanlara kömək göstərilməsi prioritet təşkil edib. O, hər zaman öz səylərini əlillərə, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldir. Bu istiqamətlərə yönəlmiş müxtəlif proqramların həyata keçirilməsini dəstəkləyir. Təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər Azərbaycanda, istər xaricdə xeyirxahlıq məbədi kimi tanınır və sevilir.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən məlum oldu ki, xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət onun fəaliyyətində prioritet olacaq. Bu mənada Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir.
Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisidir. Görüşdə aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu söyləyən Mehriban xanım Əliyeva vurğulayıb ki, əsgərlərimiz Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatının qarşısını aldı, düşmənə layiqli cavab verdi. “Ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Siz, sizin yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə layiqli cavab verdiniz. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bir il bundan əvvəl azad etdiyiniz torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar. Bu, tarixi bir hadisədir, tarixi qələbədir. Bu gün bütün Azərbaycan xalqı sizinlə fəxr edir”.
Görüşdə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də təqdim olunub. Bu bir daha onu göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Qeyd edək ki, son üç ildə və cari ilin ilk rübündə respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 min 935 protez-ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidentinin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Mehriban xanım Əliyevanın tapşırığı ilə müharibə əlillərinin hər birinə fərdi yanaşma tətbiq ediləcək. Yəni bu zaman onların fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri, bütövlükdə hər bir istifadəçinin tələbləri nəzərə alınaraq uyğun və yüksək keyfiyyətli, normal hərəkət dinamikasına yardım edən müasir protezlərlə təmin olunacaqlar.
Beləliklə, bu görüş bir daha göstərir ki, ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsi Azərbaycan dövləti üçün vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir. Müharibə əlillərinin yeni protezlərlə təmin olunması isə göstərir ki, ölkə rəhbərliyi bu qəbildən olan vətəndaşlarımızın rahatlığı və cəmiyyət həyatında daha yaxından iştirakı üçün əlindən gələni edir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək
29 Mart
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
29 Mart
Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib...
29 Mart
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
29 Mart
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
29 Mart
Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb
29 Mart
Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb
29 Mart
“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib
29 Mart
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
29 Mart
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!