04 Aprel 2017 04:04
407
PARLAMENT
A- A+

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Aprelin 4-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Məcəllənin 5-1 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, korrupsiya ilə əlaqədar məlumat verən işçinin hüquqlarının qorunması nəzərdə tutulur. Əlavədə idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumat vermiş işçisi barədə intizam tənbehi tətbiq edən idarə, müəssisə və ya təşkilatın intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırması nəzərdə tutulur. Qeyd olunur ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumat vermiş işçi attestasiyadan keçirildikdə idarə, müəssisə və ya təşkilatın hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda “Turizm haqqında” qanun layihəsinə də baxılıb. Bildirilib ki, dövlətimizin başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar, qəbul edilən proqramlar, turistlərin ölkəyə rahat şəkildə daxil olması üçün “ASAN” elektron viza sisteminin tətbiqi, turizm və istirahət sahəsindəki böyük potensial qanunvericilik bazasının möhkəmləndirilməsini də tələb edir. Komitə sədri Hadı Rəcəbli deyib ki, ölkəmizdə əmək tutumlu iş yerlərinin yaradılması aktual məsələlərdəndir. Bu məsələnin həllində turizmin inkişafı vacib amillərdəndir.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir. Qanun layihəsində 88 maddə ixtisar olunub və 70 maddəyə endirilib. Qeyd edilib ki, yeni hazırlanan sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası öz əksini tapıb. Bildirilib ki, yeni hazırlanan qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarətini, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm sahəsində investisiya qoyuluşu və turizm sahəsinin digər üsullarla stimullaşdırılması, sığorta, elm, təhsil və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyir.

İclasda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov turizm sahəsinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların və verilən tapşırıqların müsbət nəticələrinin olduğunu diqqətə çatdırıb. O deyib: “Ötən ildən başlayaraq Azərbaycana daha çox turist gəlir. Bu ilk növbədə müəyyən maneələrin aradan qaldırılması ilə bağlıdır. Bu maneələrin aradan qaldırılması turizm sahəsinin inkişafına əlavə təkan verib. Hazırkı məqamda bizim əsas məqsədimiz keyfiyyəti artırmaqla, təhlükəsizliyi qorumaqla yeni məhsulu təqdim etməkdir. Keyfiyyət və təhlükəsizlik məsələləri bu hazırlanan qanunda əsas yer tutur”. Nazim Səmədov keyfiyyət və təhlükəsizlik baxımından Dövlət Turizm Reyestrinin yaradılmasının vacibliyini də vurğulayıb.

Müzakirələrdən sonra layihənin daha da təkmilləşdirilməsi üçün işçi qrup yaradılıb və sənəd konseptual baxımdan Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video