Alternative content

22:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
ANA SƏHİFƏ / Birinci vitse-prezident
06:03 30.03.2017

Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, diplomatik korpusun təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri, Qazaxıstan Respublikasının dövlət katibi Gülşar Abdikalikova, Malayziyanın Baş nazirinin müavini Əhməd Zahid Həmidi, Fransa Respublikasının Kann şəhərinin meri David Lisnard, Moldova Respublikasının Qaqauz Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlax, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaizi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, FİDE-nin prezidenti Kirsan İlyumjinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, UNESCO-nun sabiq baş katibi Koişiro Matsuura, Azərbaycan Respublikasının İtaliyanın Kataniya şəhərindəki fəxri konsolu Domeniko Koko təbrik ediblər.

Xanım Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı təbrik ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.