Alternative content

01:12 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bitkiyə düzgün qulluq keyfiyyətli məhsul, yüksək gəlir deməkdir
Bitkiyə düzgün qulluq keyfiyyətli məhsul, yüksək gəlir deməkdir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 30.03.2017

 

Respublikamızın şimal-qərb bölgəsində, xüsusən də Zaqatalada fındıqçılıq daha çox yayılıb. Fındıq qida məhsuludur - tərkibi faydalı maddələrlə zəngindir. Ondan əsasən qənnadı sənayesində müxtəlif şirniyyatların  hazırlanmasında istifadə olunur.  Məhsulun  tibbi əhəmiyyəti də var.

Fındığın becərilməsi, eləcə də artırılması rahatdır. Fərdi təsərrüfatçılar əlavə xərc çəkmədən kök pöhrələrindən yeni əkin materialı əldə edirlər. Fındığın saxlanılması və daşınması da asandır: xüsusi münasibət, texniki avadanlıq tələb etmir. Sadalanan səbəblərdən fındıqçılıq gəlirli sahə sayılır və kəndli bu fəaliyyət növünə meyillidir.

Bununla belə, fındıqçılıqda  problemlər də var. Bu da məhsul istehsalçılarının daha çox gəlir əldə etmək məqsədilə keyfiyyətə deyil, kəmiyyətə üstünlük  verdikləri zaman “zühur” edir: istehsal olunmuş məhsulun tərkibindəki bəzi maddələr normadan artıq çıxır. Buna görə alıcı ondan imtina edir və ya ixrac əməliyyatı dayandırılır. Halbuki fındığa xüsusi qulluq göstərilsə, sadəcə aqrotexniki qaydalara əməl olunsa, ortaya heç bir problem çıxmaz.

Zaqatalada heyvandarlıq da ənənəvi inkişaf etmiş sahələrdəndir. Bitkiçiliklə məşğul olanlar üzvi gübrələrdən, xüsusilə peyindən çox istifadə edirlər. Amma mühümü bitkiyə gübrə verərkən aqrotexniki qaydalara, normalara əməl etməkdir. Əks halda nəticə heç də ürəkaçan olmayacaq, ixrac təyinatlı xeyli məhsul gömrük-buraxılış məntəqəsindən geri qaytarılacaq. Bu yaxınlarda növbəti belə bir hal yaşanmışdı. Mineral gübrələrin həddən çox verilməsi səbəbindən ixrac məhsulunun tərkibində antitoksin maddəsinin miqdarı xeyli yüksək çıxmışdı, fındıq geri qaytarılmışdı.

Fikrimizcə, kənd təsərrüfatının bütün sahələri üzrə fəaliyyət göstərənlər, o cümlədən fındıqçılar arasında maarifləndirmə işi genişləndirilməli, yerlərdə mühazirələr oxunmalıdır. Bu sahənin biliciləri dünya təcrübəsinin mütərəqqi nailiyyətləri haqqında fermerlərə məlumat verməklə yanaşı, onları qanunvericiliyin tələbləri, sanitar-bioloji normalarla tanış etməlidirlər. Effektli və səmərəli olsun deyə, bunu aqrotexniki qaydalar, normalar əsasında etmək də vacibdir. Belə olan təqdirdə kəndlinin zəhməti hədər getməz, gəliri yüksək olar.

 

Nərgiz ABDULLAYEVA,

Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala dayaq məntəqəsinin aparıcı elmi işçisi