Yeni ATS xərclərimizi xeyli azaldacaq
Şəmkirin ən böyük kəndlərindən biri də Düyərlidir. Son illər kəndin infrastrukturu, demək olar, tamamilə yenilənib. Su, elektrik enerjisi, eləcə də mavi yanacaqla fasiləsiz təmin olunuruq. Kəndimizə rahat yol da çəkilib.
Ancaq bir problemimiz var: o da kəndin yeni salınmış yaşayış massivində rabitə xəttinin olmamasıdır. Müasir həyatı telefonsuz-rabitəsiz, xüsusilə internetsiz təsəvvür etmək çətindir. İnternet həm geniş informasiya mənbəyi, həm də ucuz audio-vizual rabitə vasitəsidir. Bu səbəbdən kənd əhalisinin respublikanın digər şəhər və rayonlarında, həmçinin başqa ölkələrdə yaşayan qohum-əqrəbaları, dost-tanışları ilə ünsiyyət qurmaları, əlaqə saxlamaları üçün internet rabitə vacibdir. Keyfiyyətli və sürətli internet üçünsə müasir telefon sistemi, elektron avadanlıq şərtdir.
Sevindirici haldır ki, bu problem də yaxın zamanda həll olunacaq: artıq yeni yaşayış massivində əhalinin stasionar telefondan və zolaqlı internetdən istifadəsi üçün 100 nömrə tutumlu elektron ATS quraşdırılır. Deməli, tezliklə rabitə xərclərimiz xeyli azalacaq, kommunukasiya imkanlarımız isə artacaq.
Hüseyn İMANOV,
Şəmkirin Düyərli kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!