Yolumuzu bağlayıblar, tədbir görən də yoxdur
Əvvəllər kənd sakinlərinin istifadəsində olan ümumi yol indi əkin sahəsinə çevrilib. Beləcə, 20-yə yaxın ailənin yolu bağlanıb. Buradakı küçənin adının olmaması da bizim üçün həmişə müəyyən problemlər yaradıb.
Kənd yerində hərə qapısında bir neçə heyvan saxlayır. Onları örüş yerinə çıxarmaq üçün minbir əziyyət çəkirik. Bunun da səbəbi bir nəfərin yolu zəbt edərək əkin aparmasıdır. Vəziyyətlə bağlı kənd bələdiyyəsinə dəfələrlə müraciət etmişik. Hər dəfə də bələdiyyə sədri deyib ki, kəndin elektron kadastr xəritəsi hazırlanır; hazır olanda həm küçəyə ad veriləcək, həm də yol problemi həll olunacaq.
Hörmətli redaksiya! İndi gözləyə-gözləyə qalmışıq. Görəsən, bu çətinliyimiz nə vaxta kimi davam edəcək?
Rəhman CƏFƏROV,
Rabil ƏLƏKBƏROV,
Samux rayonu, Əhmədbəyli kənd sakinləri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!