Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:02 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin baş əməliyyat rəhbərini və regional prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin baş əməliyyat rəhbərini və regional prezidentini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
12:03 29.03.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birreli BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Qordon Birrelin Azərbaycandakı fəaliyyət illərinin ölkəmizdə enerji sahəsində mühüm inkişafa nail olunduğu dövrə təsadüf etdiyini deyən dövlətimizin başçısı bu illər ərzində böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı. Qordon Birrelin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu bildirən Prezident İlham Əliyev onun Azərbaycan ilə BP arasında əməkdaşlığa öz töhfəsini verdiyini qeyd etdi, Qordon Birrelin fəaliyyətinin həm Azərbaycan hökuməti, həmçinin BP rəhbərliyi və şirkətin tərəfdaşları tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrel BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunmuş regional prezidenti Qəri Counzu Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı Qəri Counza fəaliyyətində uğurlar arzuladı, ölkəmizin BP ilə əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyinə və qarşıya qoyulan bütün məqsədlərə nail olunacağına ümidvar olduğunu bildirdi.

Qordon Birrel Azərbaycanda işlədiyi dövrü məmnunluqla xatırlayaraq bu illər ərzində fəaliyyətinə verilən böyük dəstəyə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. BP ilə Azərbaycan arasında əməkdaşlığın vacib məqamlarından danışan Qordon Birrel gələn il “Şahdəniz-2” yatağından çıxarılması nəzərdə tutulan qazın ilk olaraq Türkiyəyə, daha sonra 2020-ci ildə Avropaya ixrac olunmasının önəmini vurğuladı. Qordon Birrel Novruz bayramı günlərində Bakıda olduğunu məmnunluqla qeyd edərək şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Görüşdə “Azəri-Çıraq-Günəşli” layihəsinin uzadılması ilə bağlı məsələlər, həmçinin “Şahdəniz” və “Dayaz Sulu Abşeron” layihələri ətrafında müzakirələr aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM