Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Saatlı şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir. Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində icra olunan bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Saatlı şəhərində 22 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, layihə çərçivəsində Saatlı rayonunun 7 kəndində 17 min nəfərin su təchizatı yaxşılaşdırılacaq. “Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində şəhərdə hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı, nasos stansiyası inşa edilib. Şəhərdə 137 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb, 5 mindən artıq ünvana birləşmə verilib və sayğaclaşma işləri aparılıb. Bununla da yeni mənbədən bütün şəhərə içməli suyun verilməsi təmin edilib.
Qeyd edək ki, Saatlı şəhərində ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. Şəhərə içməli su Araz çayından və Sabir adına kanaldan götürülüb çökdürülərək verilirdi. Yeni layihəyə qədər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti şəhərin 19 min sakinindən 33 faizinə xidmət göstərirdi. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün 2-3 saatlıq qrafik əsasında su verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.
Saatlı şəhəri və ətraf kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilib. Bu məqsədlə 2014-cü ildə 62 kilometr uzunluğunda Sabirabad-Saatlı qrup su kəməri tikilərək istismara verilib. Magistral su kəmərinin 12 kilometrlik hissəsi metal, qalan hissəsi isə polietilen borulardan tikilib. Kəmər 1 yerdə Kür çayı, 1 yerdə dəmir yolu, 6 yerdə magistral avtomobil yolu, 3 yerdə beton kanal və 15 yerdə drenaj kollektoru ilə kəsişir. Sabirabad, Saatlı və Hacıqabul rayonlarının 160 minə yaxın sakinini keyfiyyətli içməli su ilə təmin etmək üçün tikilmiş Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndində 100 min, Saatlı şəhəri və rayonun 12 kəndində 47 min, Hacıqabul rayonunun 4 kəndində isə 10 min nəfərin içməli suya olan tələbatını ödəyəcək.
Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən bu ilin sonuna qədər magistral kəmər boyunca yerləşən 30 kəndə içməli suyun verilməsi təmin ediləcək. Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi bu layihə Saatlı şəhəri ilə yanaşı, Sabirabad, Şamaxı və Qəbələ şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Şamaxı şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin, eləcə də tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. Qəbələ şəhərində icra olunan layihənin birinci mərhələsi çərçivəsində su mənbəyində işlər yekunlaşıb, magistral xətlərin və anbarların tikintisi başa çatdırılıb, şəhərdaxili su şəbəkəsinin bir hissəsinin inşası isə yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
Yekun qərar qəbul edilməyib - Emin Ağalarov
28 Mart
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Mart
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
28 Mart
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!