Alternative content

05:47 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin sədri: postsovet məkanında mövcud olan münaqişələrin həlli məsələsini ön plana çıxarmaq lazımdır
Milli Məclisin sədri: postsovet məkanında mövcud olan münaqişələrin həlli məsələsini ön plana çıxarmaq lazımdır
ANA SƏHİFƏ / PARLAMENT
09:03 27.03.2017

Martın 27-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasının açılışı olub.

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.

Oqtay Əsədov MDB PA-nın 25 illik yubileyi münasibətilə təşkilatın medalına layiq görülüb.

Yaz sessiyası çərçivəsində MDB PA Şurasının iclası keçirilib. İclas iştirakçıları Beynəlxalq Parlamentarizm Gününün təsis edilməsi, Qırğızıstanda ötən il keçirilən referendumun monitorinqinin nəticələri, habelə MDB ölkələrində 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuş elektoral kampaniyalarda müşahidəçi qruplarının təşkili məsələlərini müzakirə ediblər.

MDB ölkələri parlamentlərinin rəhbərləri Parlamentlərarası Assambleyanın 25 illik yubileyi münasibətilə bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki, MDB PA həm üzv ölkələr arasında ikitərəfli, həm də beynəlxalq təşkilatlarla çoxtərəfli qarşılıqlı fəaliyyət meydanı kimi beynəlxalq parlament əməkdaşlığının genişləndirilməsi sahəsində böyük potensiala malikdir. Sənəddə MDB PA-nın fəaliyyətinin başlıca istiqaməti kimi insan hüquqları və azadlıqlarının müdafiəsi, dövlət hakimiyyəti orqanlarının formalaşmasına dair seçki kampaniyalarının monitorinqi və digər sahələr göstərilib.

İclas iştirakçıları Parlamentlərarası İttifaq Assambleyasının 1889-cu il iyunun 30-da keçirilmiş ilk iclasını hər il Parlamentarizm Günü kimi qeyd etmək barədə razılığa gəliblər.

Elə həmin gün Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 46-cı plenar iclası keçirilib.

İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri arasında əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Birlik çərçivəsində qarşılıqlı fəaliyyət üzv ölkələrin parlamentləri arasında əlaqələrin möhkəmlənməsində, iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rol oynayır.

Oqtay Əsədov mədəniyyət, humanitar, elm, ticarət və digər sahələrdə çoxtərəfli əməkdaşlığın perspektivlərindən də danışıb. Eyni zamanda, Milli Məclisin sədri vurğulayıb ki, təşkilatın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün keçmiş sovet məkanında mövcud olan münaqişələrin həlli məsələlərini ön plana çıxarmaq lazımdır.

İclasda MDB PA Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova MDB PA-nın 25 illik yubileyi medalını təqdim edib.

Tədbir çərçivəsində, həmçinin “Poçta Rossii” şirkətinin buraxdığı MDB PA-nın yubiley poçt markası təqdim olunub.

Sonda MDB ölkələri səhnə ustalarının iştirakı ilə konsert olub. Konsertdə Azərbaycanın Xalq Artisti Murad Hüseynov, Əməkdar Artist Afaq Abbasova, tarzən, beynəlxalq müsabiqələr laureatı Rövşən Qurbanov çıxış ediblər.

 

AZƏRTAC


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM