18 Mart 2017 03:03
892
Birinci vitse-prezident
A- A+

Heydər Əliyev Mərkəzində “Macarıstan günləri” çərçivəsində sərgi açılıb və qala konsert olub

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib

 

Martın 17-də Heydər Əliyev Mərkəzində “Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışı və qala konsert olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Macar mədəniyyətinin ölkəmizdə təbliğinə xidmət edən bu layihə Macarıstanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə təşkil olunan tədbirlər silsiləsi geniş və maraqlı proqramı ilə diqqət çəkir.

Macarıstanın birinci xanımı Aniko Levainin də iştirak etdiyi “Macarıstan günləri”nin açılışında çıxış edən bu ölkənin Azərbaycandakı səfiri İmre Laslotski Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bu tədbirə himayədarlıq etdiyinə görə minnətdarlığını bildirdi, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnun qaldıqlarını vurğuladı, Novruz bayramı münasibətilə xalqımızı təbrik etdi.

Sonra “Azərbaycanda Macarıstan günləri” çərçivəsində macar rəssam Ferents Ayzenhutun əsərlərindən ibarət rəsm sərgisinin açılışı oldu. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Macarıstanın birinci xanımı Aniko Levai sərginin rəmzi açılışını bildirən lenti kəsdilər.

Sərgi ilə tanışlıq oldu. Bildirildi ki, 1857-ci ildə Macarıstanda dünyaya gələn bu rəssam peşə təhsilini ölkəsində aldıqdan sonra həm Budapeştdə, həm də Münxendə, Vyana və Parisdə, Antverpen və Madriddə sərgilərini açır. Lakin Şərq motivləri hər zaman rəssamın diqqətini çəkir və bu minvalla o, dostları ilə birgə səyahətə çıxaraq Qafqaza gəlir. Qafqaz mövzusu rəssamın yaradıcılığında bütöv bir silsiləni təşkil edir. O, Tbilisidə, Bakıda və Dərbənddə dünya rəsm sənətkarlığının nadir incilərini yaradır. Dünyanın bir çox muzeylərində rəsmləri qorunan Ferents Ayzenhut əsərlərinin bədii səviyyəsinə görə hələ sağlığında bir çox dövlət mükafatlarına layiq görülüb. XIX əsrin sonu, XX əsrin əvvəllərində Ferents Ayzenhutun Bakıda, ümumiyyətlə, Qafqazda çəkdiyi rəsmlər indi dünya mədəni irsinin nadir nümunələri sırasındadır və onlardan 26-sı məhz “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilk dəfə nümayiş etdirilir.

“Azərbaycanda Macarıstan günləri” çərçivəsində təşkil olunan qala konsertdən öncə çıxış edən Macarıstanın mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Hoppal bu tədbirin macar xalqının milli mədəniyyətini xaricdə uğurla təcəssüm etdirdiyini bildirdi. Xalqlarımız arasında tarixi bənzərliklərin olduğunu diqqətə çatdıran qonaq bir neçə gün ərzində Bakıda Macarıstanla bağlı bir sıra elmi və mədəni tədbirlərin keçiriləcəyini, bu tədbirlərin dost Azərbaycanla əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğuladı.

Daha sonra Macarıstanın Dövlət Xalq Ansamblının iştirakı ilə qala konsert oldu.

Bakı tamaşaçıları qarşısında 70 nəfərlik heyətlə çıxış edən Macarıstanın Dövlət Xalq Ansamblının konserti macar xalq musiqi və rəqsləri ilə müşayiət olundu, tamaşaçılara unudulmaz anlar yaşatdı. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video