Alternative content

19:08 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
ANA SƏHİFƏ / Birinci vitse-prezident
05:03 17.03.2017

Martın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirdi. Azərbaycan ilə İran arasında münasibətlərin tarixi köklərə əsaslandığını deyən xanım Mehriban Əliyeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədlərin imzalandığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bir çox sahələrdə qurulan əlaqələrdən danışan Azərbaycanın Birinci vitse-prezidenti humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söylədi və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğuladı.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik etdi, onun İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğuladı. Mahmud Vaezi xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu bildirdi, Fondun gördüyü işləri yüksək qiymətləndirdi. Ölkəmizdə Novruz əhval-ruhiyyəsinin şahidi olduğunu deyən qonaq Azərbaycanda bu bayramın böyük təntənə ilə qeyd edildiyini söylədi və bayram münasibətilə təbriklərini çatdırdı.