Alternative content

14:59 19 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:55 19.03.2019 Prezident hədiyyəsi
01:53 19.03.2019 Alan da razı, satan da
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:03 17.03.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırdı.

Dövlətimizin başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik etdi.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, Azərbaycan Prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulandı.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti, bank sektorunda əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM