Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşü olub
ANA SƏHİFƏ / Qəbullar
05:03 16.03.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, V Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Forumda iştirakına görə Filip Vuyanoviçə minnətdarlığını ifadə etdi, görüşün, eyni zamanda, ikitərəfli münasibətlərimiz ətrafında fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında əlaqələrin çox uğurla inkişaf etdiyini dedi, əməkdaşlığımızın razılıq doğurduğunu qeyd etdi.

V Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirən Monteneqro Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. Açılış mərasimində söylədiyi nitq münasibətilə dövlətimizin başçısını təbrik edən Filip Vuyanoviç Prezident İlham Əliyevin daxili və regional vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin səviyyəsindən razılığını ifadə edən Filip Vuyanoviç Prezident İlham Əliyevin Azərbaycan-Monteneqro əlaqələrinin inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdiklərini vurğuladı, ölkələrimiz arasında bu cür yaxın, uğurlu və dost münasibətlərin olmasında Prezident İlham Əliyevin verdiyi dəstəyin vacibliyini qeyd etdi.

Görüşdə iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.