Alternative content

07:02 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Prezidenti George İvanov ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Prezidenti George İvanov ilə görüşüb
ANA SƏHİFƏ / Qəbullar
05:03 16.03.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Makedoniya Respublikasının Prezidenti Georgi İvanov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Makedoniya Prezidenti Georgi İvanovun V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Makedoniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun artıq çox əhəmiyyətli tədbirə çevrildiyini və burada dünyada gedən siyasi proseslərin müzakirə edildiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Makedoniya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq ölkələrimizin iqtisadi, o cümlədən idxal-ixrac və sərmayə imkanlarının araşdırılmasının vacibliyini qeyd etdi.

Makedoniya Prezidenti Georgi İvanov V Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı. Georgi İvanov Azərbaycan ilə Makedoniya arasında siyasi münasibətlərin əla səviyyədə olduğunu qeyd edərək iqtisadi sahədə əlaqələri gücləndirməyin zəruriliyini bildirdi.