Alternative content

15:18 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
ANA SƏHİFƏ / Birinci vitse-prezident
09:03 15.03.2017

Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təbrik edib.

Həmçinin xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər arasında Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə də var.

Azərbaycanın Xalq Artisti Amaliya Pənahova da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.

Xanım Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə “ARB Media Qrup”un İdarə Heyətinin sədri İsmət Səttarov da təbrik məktubu ünvanlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.