Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:52 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çinlə Azərbaycan arasında əməkdaşlıq bütün sahələri əhatə edir
Çinlə Azərbaycan arasında əməkdaşlıq bütün sahələri əhatə edir
ANA SƏHİFƏ / PARLAMENT
03:03 15.03.2017

 

Martın 14-də Milli Məclisdə Çin Xalq Respublikasının Xarici Ölkələrlə Çin Dostluq Cəmiyyətinin sədr müavini Sun Cinvunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Çin əlaqələrinin çoxşaxəliyindən məmnunluq ifadə olunub.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ticari, iqtisadi, siyasi əlaqələri daha da genişlənib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan-Çin əlaqələrinin dərin tarixi kökləri var. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər və apardığı danışıqlar müasir dövrdə ölkələrimiz arasında əlaqələrin əsasını qoyub. Prezident İlham Əliyevin Çinə səfərlərini xatırlayan komitə sədri deyib ki, bu səfərlər ikitərəfli münasibətlərin genişlənməsinə xüsusi töhfə verib.

Siyavuş Novruzov parlamentlərarası, o cümlədən Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrdən də danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi hələ də Ermənistan tərəfindən icra olunmayıb.

Təhsil əlaqələrindən danışan S.Novruzov vurğulayıb ki, Azərbaycanın bir çox universitetlərində çin dili tədris olunur. Çindən gələn tələbələr ölkəmizdə, azərbaycanlı tələbələr isə Çinin bir sıra universitetlərində təhsil alır.

Sədr müavini Sun Cinvu qeyd edib ki, hər iki ölkənin rəhbərlərinin səyləri nəticəsində hazırda dostluq münasibətləri bütün sahələri əhatə edir. Siyasi baxımdan ölkələrimiz arasında inam və etimad mövcuddur.

Qonaq bildirib ki, bu il Çin ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür və Pekin şəhərində bu münasibətlə böyük ziyafət keçiriləcək.

Sun Cinvu Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Çin Xalq Respublikasının mövqeyini bir daha təsdiqləyərək vurğulayıb ki, biz problemin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin tərəfdarıyıq. İnanırıq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri tezliklə icra olunacaq.

Söhbət zamanı hər iki ölkənin təşəbbüskarı olduğu yeni iqtisadi layihələr, Azərbaycan ilə Çin arasında humanitar təmaslar, münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM