Alternative content

03:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftçalada multikulturalizm haqqında film çəkilib
Neftçalada multikulturalizm haqqında film çəkilib
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 14.03.2017

 

2016-cı il xalqımızın yaddaşına bir çox yeniliklər və uğurlarla yazıldı. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi xüsusilə yaddaqalan hadisəyə çevrildi.

Kökü, qaynağı xalqımızın tarixi keçmişinə söykənən tolerant, multikultural dəyərlərə dövlət miqyasında önəm verilməsi ölkə Prezidentinin uzaqgörən siyasətinin bariz nümunəsidir. Bu siyasət sayəsində ölkəmizdəki mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli diyar kimi şöhrətləndirmiş, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirmişdir.

Qeyri-millətlərlə mehriban bir ailə kimi yaşamaq neftçalalıların da həyat tərzidir. Ötən “Multikulturalizm ili” ərzində rayonda bununla bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Neftçaladakı Heydər Əliyev Mərkəzi bu istiqamətdə yeniliyə imza ataraq “Neftçalada multikulturalizm” adlı sənədli film ərsəyə gətirmişdir. Filmdə uzun müddət Neftçala və ətraf kəndlərdə yaşayan rusların Azərbaycana köçürülməsi, onların adət-ənənələri, yaratdıqları tarixi-mədəni abidələr işıqlandırılmışdır. Filmin ssenari müəllifi və rejissoru mərkəzin direktoru Ruhəngiz Nəcəfovadır. Dörd aya ərsəyə gələn film Neftçala və ətraf kəndlərdə çəkilmişdir. Filmdə yerli əhalinin başqa millətlərə göstərdiyi humanist münasibət diqqətə çatdırılmış, eyni zamanda rus xalqının nümayəndələrinin fikir və hisləri ekranlaşdırılmışdır.

Bu günlərdə filmin premyerası da olmuşdur.

 

Gülrux NAĞIYEVA,

Neftçala şəhəri Heydər Əliyev Mərkəzinin əməkdaşı