Alternative content

00:18 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dayanacaq avtobus və sərnişinlər üçündür...
Dayanacaq avtobus və sərnişinlər üçündür...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 14.03.2017

 

Sumqayıtda yaşayıram. Son bir ildə şəhərimizdə xeyli iş görülüb - bu, danılmazdır. Amma əksər şəhərlərimizə, əsasən də Bakıya xas, ictimai nəqliyyatla, avtobuslarla bağlı problemlər Sumqayıt üçün də xarakterikdir. Hərçənd Sumqayıtın küçələri geniş və çoxzolaqlıdır. Yollarda hərəkətin nizamlanması, təhlükəsizliyin təmin edilməsi üçün müasir texniki vasitələrdən istifadə olunur. Lakin bəzi sürücülərin səhlənkarlığı ucbatından yollarda süni əngəllər yaranır. Bu isə hərəkəti ləngitməklə yanaşı, insanların həyatı üçün də ciddi təhlükə törədir.

Bəllidir ki, avtobuslar onlar üçün nəzərdə tutulmuş dayanacaqlarda dayanmalıdır. Eləcə də sərnişinlər avtobuslara dayanacaqlarda minib-düşməlidirlər. Təəssüf ki, bu  qaydaya bəzi avtobus sütücüləri və sərnişinlər heç də həmişə əməl etmirlər. Digər minik avtomobillərinin, xüsusilə də taksilərin sürücüləri dayanacaqların ərazisində maşın saxlamaqdan çəkinmir, parklama zamanı zəruri məsafəni, qaydaları gözləmirlər. Nəticə də hamıya bəllidir. Bəzən bunun sonu faciə ilə nəticələnir: insanlar qəzalarda mənasız yerə həyatlarını, sağlamlıqlarını itirirlər.

Belə hallara, intizamsız sürücülərə qarşı mübarizə gücləndirilsə də, vəziyyət az dəyişib. Maraqlıdır, belə avtobus sürücüləri nəyə və ya kimə arxayın olaraq hər gün silsilə kobud qayda pozuntularına yol verirlər? Yaxud, taksi sürücüləri nə qədər qazanırlar ki, cərimədən, cəzadan çəkinmirlər?

İndi Sumqayıtda iri və müasir avtobuslar işləyir. Onların ölçüləri bəzi dayanacaqlara yan almalarını çətinləşdirir. Əslində, problem avtobuslarda deyil, dayanacaqların məhdud ölçülərdə, konstruksiyada olmasındadır. Zənnimizcə, dayanacaqların ərazisi bir qədər genişləndirilsə, onlar yolun hərəkət hissəsindən kənara çəkilsə, daha yaxşı olar. Bir də, görünür, təhlükəsizliyin tamamilə bərqərar olması, bütün hərəkət iştirakçılarının qayda-qanunlara ciddi əməl etmələri üçün bəzi cəzalar sərtləşdirilməlidir. Eyni zamanda qayda-qanunlar bütünlüklə işlək hala gətirilməli, hamıya eyni dərəcədə şamil olunmalıdır.

 

Sevindik ƏLİYEV,

Sumqayıt şəhər sakini