Alternative content

23:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
ANA SƏHİFƏ / Birinci vitse-prezident
09:03 13.03.2017

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri tərəfindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı İndoneziya Respublikasının vitse-prezidenti Yusuf Kalla, Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez, ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Bolqarıstan Respublikasının Ticarət Palatasının sədr müavini və baş katibi Marqarita Popova, türkiyəli jurnalist və yazıçı Güner Ceylan təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın tanınmış incəsənət xadimləri – Xalq Artisti Ramiz Quliyev, Əməkdar Artist Elnarə Abdullayeva xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Milli Məclisin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev də təbrik ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.