13 Mart 2017 04:03
334
PARLAMENT
A- A+

Senator A.Reyşar: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir

Martın 13-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi. Bildirdi ki, siyasi əlaqələrin inkişafında dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük rol oynayır. “Avropa İttifaqı ilə əlaqələrimiz yüksək səviyyədədir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək. Eyni zamanda, Fransanın bir çox şəhərlərində, o cümlədən Parisdə mədəniyyət tədbirləri keçiririk, ölkəmizi tanıdırıq”, - deyə sədr vurğulayıb. Milli Məclisin sədri ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri hələ də Ermənistan tərəfindən icra olunmayıb. Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına əsasən sülh yolu ilə həllinə tərəfdardır.

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm islahatların aparıldığını qeyd edən Oqtay Əsədov qonaqlara regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr barədə məlumat verdi.

Senator Andre Reyşar regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirdi. O, regionda təhlükəsizliyin tam təmin olunması baxımından Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video