28 Fevral 2017 04:02
319
PARLAMENT
A- A+

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 8 məsələyə baxılıb

Fevralın 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komitə sədri Ziyad Səmədzadə gündəlikdəki səkkiz məsələ barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə üzv seçilməsi ilə bağlı üç nəfərin namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Onlar Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevdir. Komitənin bu insanlar haqqında müsbət rəyi var.

AZƏRTAC xəbər verir ki, komitə üzvləri təklif olunan namizədlərin peşəkar iqtisadçılar və bank mütəxəssisləri olduqlarını qeyd ediblər. Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsirov Cinayət və İnzibati Xətalar məcəllələrində və “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. Bildirib ki, Cinayət Məcəlləsinə təklif edilən 308-2-ci maddə satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə məsələlərini nəzərdə tutur. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə müxtəlif dərəcələr üzrə vəzifəli şəxslər beş yüz manatdan altı min manatadək cərimə edilirlər. Digər bir dəyişikliyə görə, “Dövlət satınalmaları haqqında” qanunun 55.2.1-ci maddəsi ləğv edilir.

İclasın gündəliyində yer alan Vergilər Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin müvafiq maddələrinə isə “publik hüquqi şəxslər” sözləri əlavə edilir. Düzəlişlərə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması həmin publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin hüquqi aktı qüvvəyə mindikdən sonra bu məqsədlə səlahiyyət verilmiş şəxsin müraciəti əsasında iki iş günündən gec olmayaraq həyata keçirilməlidir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video