28 Fevral 2017 03:02
300
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirə edilib

Fevralın 28-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. İclasda elm və təhsil komitəsinin üzvləri də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının qanun layihəsi müzakirə edilib. Komitə sədri bildirib ki, bu qanun layihəsi Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə nazirliklərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Ombudsman Aparatına rəy üçün göndərilib. Qanun psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Komitə sədrinin müavini Musa Quliyev qanun layihəsi barədə geniş məlumat verib. Bildirib ki, layihə 6 fəsil, 23 maddədən ibarətdir. Qeyd edilib ki, psixoloji yardım tətbiqi psixologiyanın bir sahəsi olub, insanın sosial-psixoloji rifahının yüksəlməsinə xidmət edir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Bu qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də qanun layihəsi barədə fikir və təkliflərini bildirib, onun vacibliyini vurğulayıb.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, psixologiya sahəsini tənzimləmək və bu qanun layihəsini qəbul etmək çox vacibdir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video