Alternative content

11:53 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətənpərvərliyin ali zirvəsinə yüksələn igid
Vətənpərvərliyin ali zirvəsinə yüksələn igid
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 28.02.2017

 

Vətənə məhəbbət, onun hər qarışının müqəddəsliyi tarixin sınaqlarında, torpaq uğrunda savaşlarda formalaşır. Tarix boyu igid oğullarımız öz qəhrəmanlıqları ilə bunu sübut ediblər, Vətənin bir qarış torpağına görə canlarını fəda etməkdən belə çəkinməyiblər. Bununla həm də yadellilərə, torpağımıza göz dikən nankor qonşularımıza  Vətənin nə olduğunu anladıblar, onlara yerlərini göstəriblər. Ötən ilin aprelində də təxribat yolu ilə Azərbaycan torpağında növbəti vəhşiliyi həyata keçirməyə cəhd edən erməniləri cəzalandırmaqla Azərbaycan əsgəri nəyə qadir olduğunu göstərdi. Bu igidlər arasında Orxan Müstəcəbov da var idi.

Orxan 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdü. Hərbi xidmətdə olarkən dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanla, təşəkkürnamə ilə təltif edilmişdi. O, zabitlik kursunu müvəffəqiyyətlə başa vuraraq  ixtisası üzrə qulluq edirdi. Aprel zəfərində Orxanın peşəkarlığının bir daha şahidi olduq. Ordumuzun digər zabit və əsgərləri kimi, Orxan da rəşadətini göstərdi. O, qəhrəmanlığı ilə vətənpərvərliyin ali zirvəsinə yüksəlməyi bacardı. Son nəfəsinə qədər düşmənlə döyüşdü, vətən borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə yüksəldi. Şəhid gizirimiz Orxan Müstəcəbov aprel ayının 5-də Qobustan rayonunun Yekəxana kənd məzarlığında, atasının yanında torpağa tapşırıldı.

Orxan bu yolu könüllü seçmişdi.  Hərbi xidməti başa vurduqdan sonra “torpaqlarımız azad olunana qədər hərbi sahədə çalışacağam” - demişdi. Elə də etdi. Aprel zəfərindən bir ilə yaxın vaxt keçib və bu müddətdə Azərbaycanda yüzlərlə, minlərlə Orxanlar yetişib. Şəhidlik zirvəsinə ucalmaq hər əsgər üçün böyük şərəf, qalanları üçün qürur mənbəyidir. Bu zirvəyə ucalanlar heç zaman ölmür! Mən də ehtiyatda olan əsgərəm. Orxan kimi torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canımdan, qanımdan keçməyə hazıram.

 

Savalan ALLAHVERDİYEV,

Bakı şəhər sakini


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM