Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:49 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:02 24.02.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı Cibuti Respublikası parlamentinin Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirdi, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirdi. Ondan çox ölkənin artıq Xocalı soyqırımını tanıdığını vurğulayan Prezident İlham Əliyev bunun tarixi həqiqətlərin doğru əks etdirilməsi və bu dəhşətli cinayəti törədənlərin mühakiməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Cibutinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini dedi, ölkələrimizin vacib məsələlərin müzakirəsi zamanı bir-birini daim dəstəklədiyini vurğuladı. Güclü siyasi əlaqələrin iqtisadi sahədə də əməkdaşlığın inkişafına zəmin yaratdığını bildirən Prezident İlham Əliyev hazırda əməkdaşlığımızın praktik şəkildə inkişafının müşahidə olunduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin nəqliyyat və yük daşımaları sahəsində çox yaxşı perspektivləri olduğunu bildirdi, bu istiqamətdə həyata keçirilən qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğuladı. Prezident İlham Əliyev Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana səfərinin uğurlu və səmərəli olacağına, səfərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Nazir Mahmud Əli Yusuf Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Gellenin məktubunu Prezident İlham Əliyevə çatdırdı. Qonaq qeyd etdi ki, Bakı kimi gözəl bir şəhərdə qardaşcasına qarşılanmasından məmnunluq duyur. Azərbaycan ilə Cibuti arasında bir çox oxşarlıqların olduğunu deyən qonaq ölkələrimizin mürəkkəb regionda yerləşdiklərini vurğuladı. Azərbaycan ərazisinin bir hissəsinin işğala məruz qaldığını qeyd edən nazir münaqişənin sülh yolu ilə həll olunması istiqamətində gedən prosesləri yaxından izlədiklərini bildirdi və bu sahədə beynəlxalq səviyyədə qazanılan bir sıra diplomatik uğurların önəmini qeyd etdi. 1993-cü ildə Cibutinin BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrə toxunan Mahmud Əli Yusuf o zaman ölkəsinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınamağa çağırdığını və bu məsələdə sərt mövqe nümayiş etdirdiyini vurğulayaraq BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən 4 qətnamə qəbul etdiyini xatırladı. Azərbaycanın artıq güclü bir dövlətə çevrildiyini məmnunluqla qeyd edən Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanın ədalətli mövqedə olduğunu, buna görə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Cibuti arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM