Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:59 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin açıq tender elanı
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin açıq tender elanı
ANA SƏHİFƏ / ELANLAR
12:02 23.02.2017

 

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, aşağıda göstərilən LOT-lar üzrə tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim  etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları  nəzərə almalıdırlar.

 

LOT-1 Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir,

           yenidənqurma və abadlıq işləri.

LOT-2  Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri.

LOT-3  İnşaat və kommunal təyinatlı mal-materialların və məmulatların alınması.

LOT-4  Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri.

 

Tender iştirakçılarının ixtisas göstəricilərinin müqayisəsi zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2 maddəsində göstərilən meyarlara üstünlük veriləcək. Tenderdə iştirak etmək istəyənlər hər LOT üçün 100 manat məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilmiş ünvandan  tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

 

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir.

 

Təşkilat: Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti

Beynəlxalq Bankın Nərimanov filialı Kod: 805540 VÖEN 9900001881

M/h AZ03NABZ01350100000000002944,  SWIFT BIK IBAZAZ2X,

h/h AZ14IBAZ38060019449887596206, VÖEN 1500116861

 

İştirak haqqı heç bir halda qeri qaytarılmır.

Tenderdə iştirak etmək istəyənlər 27.03.2017-ci il  tarixdə saat 17:00-dək aşağıdakı sənədləri  tender komissiyasına təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2 faiz Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə arayışlar

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatları;

- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat;

- göstərilən işlərin yerinə yetirilməsi üçün FHN tərəfindən verilmiş razılıq (lisenziya) sənədi;

- tender təklifi  zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır;

- tender təklifinə onun ümumi dəyərinin 2 faizi məbləğində bank zəmanəti ilə təminat verilməlidir. Həmin təminat zərflərin açıldığı gündən sonra azı 60 bank günü  müddətində qüvvədə olmalıdır.

 

İddiaçılar LOT-lar üzrə tender təkliflərini 31.03.2017-ci il saat 17:00 qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender proseduru 03.04.2017-ci il saat 16:00-da Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin binasında (Ceyhun Hacıbəyli küç. 220, (keçmiş N.Yusifbəyli küç. 73)) keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün iştirakçılar  əlaqələndirici şəxsə müraciət edə bilərlər.

 

Əlaqələndirici şəxs: Nağıyeva Tamella, telefon: 465-62-29

 

TENDER KOMİSSİYASI


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM