07 Sentyabr 2011 12:09
721
Konstitusiya məhkəməsi
A- A+

Dairə seçki komissiyalarının sədrlərinə seçki hüquqlarının konstitusion əsasları ə qanunvericilik mexanizmləri barədə ətraflı məlumat verilmişdir

 

Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təsdiq etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların dinləyiciləri sentyabrın 6-da Konstitusiya Məhkəməsində olmuşlar.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolundan danışan F.Abdullayev ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində ölkəmizin hüquqi, siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edən yeni Konstitusiyanın qəbul olunduğunu bildirmişdir. O demişdir ki, ana qanunun qəbulu ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün geniş imkanlar yaratmışdır.

Konstitusiya Məhkəməsinin sədri sonra insan hüquqları sahəsini tənzimləyən bir sıra beynəlxalq hüquqi aktların - İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, eləcə də İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun tələbləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu sənədlərdə demokratiya və azad seçki anlayışlarının bir-birinə bağlılığı, hər bir vətəndaşın heç bir ayrı-seçkilik və əsassız məhdudiyyətlər olmadan ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin iradəsinin sərbəst ifadəsini təmin edən seçkilərdə səs vermək, seçilmək hüququ və digər məsələlər əksini tapmışdır.

F.Abdullayev demişdir ki, insan hüquq və azadlıqlarının müdafiəsi müasir dünyanın aktual məsələlərindən biridir. Seçki prosesində məhkəmələrin iştirakı çox vacibdir. Məhkəmənin mövqeyi sonuncu mərhələdir. Təcrübə göstərir ki, seçki prosesində müəyyən problemlər ortaya çıxır. Bu problemlərin hamısı qanuni müstəvidə öz həllini tapır.

Konkret olaraq Konstitusiya Məhkəməsinin fəaliyyətindən söz açan natiq bildirmişdir ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini yoxlayıb təsdiq edən orqandır. Konstitusiya Məhkəməsi indiyədək seçkilərlə bağlı 19 qərar qəbul etmişdir. Qərarlar qəbul edərkən müvafiq qurumlardan bütün sənədlər tələb olunur və onlar diqqətlə öyrənilir. DSK-nın protokollarında qanunsuzluqlar aşkar edilmirsə, həmin dairələr üzrə nəticələri təsdiq edirik.

Konstitusiya Məhkəməsinin sədri seçki hüququ ilə bağlı Avropa Məhkəməsində müxtəlif dövlətlərdən olan şikayətlər barədə də danışmışdır. Bildirmişdir ki, insanlar öz seçki hüquqlarının müdafiəsində israrlıdırlar. Ona görə də biz hamımız bu işlərdə daha ciddi, daha dəqiq olmalıyıq, qanunlara əməl etməliyik.

MSK sədrinin müavini Natiq Məmmədov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev seçki sistemində həyata keçirilən islahatlarla bağlı iştirakçılara məlumat vermişlər.

Sonda Fərhad Abdullayev DSK sədrlərinin suallarını cavablandırmışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video