Alternative content

19:56 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Satıcıların geyiminə, sağlamlığına nəzarət gücləndirilməlidir
Satıcıların geyiminə, sağlamlığına nəzarət gücləndirilməlidir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 19.02.2017

 

Geyim təkcə gözəllik, dəb ifadəsi deyil. Qanunvericiliyə əsasən, bir sıra istehsal, həmçinin xidmət sahələrində çalışanlar xüsusi geyimdə olmalıdırlar. Xüsusi geyimlər həm fərqlənmək, həm də standartlar üzrə təhlükəsizlik, sanitar-gigiyena normalarına əməl edilməsi üçün nəzərdə tutulur.

Əvvəllər bu tələbə ciddi əməl olunardı. İndi isə təəssüf ki, bəzi sahələrdə bu tələbə ciddi yanaşılmır. Elə ticarət obyektləri, xüsusilə ərzaq, qida, meyvə-tərəvəz satışı ilə məşğul olan mağazalar var ki, satıcılar nəinki xüsusi fərqlənmə geyimləri ilə təchiz olunmayıblar, hətta bəzən görünüşləri, sağlamlıq vəziyyətləri ilə  istehlakçıda şübhə doğururlar. Əlcəkdən, müvafiq texniki vasitədən istifadə etməyən, çirkli əlləri ilə qida məhsulunu xışmalayan, burnu axa-axa, öskürüb-asqıraraq əhaliyə xidmət göstərən satıcılara hələ də rast gəlinir. Xüsusilə də  gözdən-könüldən uzaq kiçik rayon, kənd dükanlarında, iaşə obyektlərində.  

Ötən əsrdə başqa quruluşda yaşasaq da,  rayonlarda belə bütün mağazalarda  satıcılar xüsusi geyimdə olardılar. Bunu yaxşı xatırlayıram, çünki özüm də həmin dövrlərdə uzun müddət satıcı işləmişəm. O zaman bizi hər 6 aydan bir həkim müayinəsindən keçirər, müvafiq geyimlə  təchiz edər, təmizliyi nəzarətdə saxlayardılar.

İndi başqa dövrdür - azad, müstəqil dövlətdə yaşayırıq. Özü də dövlət müstəqilliyimiz, milli azadlığımız bizdən hər işə daha məsuliyyətli yanaşmağı tələb edir. Xahiş edirəm müvafiq orqan və təşkilatlar  istehsalatda və xidmət sferasında xüsusi geyim və  sanitar-gigiyena qaydalarına əməl olunmasına çalışsınlar. Müxtəlif keçici xəstəliklərin geniş yayıldığı zamanda bu, əhalinin sağlamlığının qorunması naminə vacibdir. Öz rayonumuzdan misal çəkmək istəyirəm. Quba  böyük turizm potensialına malikdir. Bu məsələ əhaliyə və turistlərə mədəni xidmət baxımından da əhəmiyyətlidir. Unutmaq olmaz ki, müasir xidmət mədəniyyətinin tələbləri daha yüksəkdir. Sahibkarlar bunu da nəzərə almalıdırlar.

 

Səmayə QARAYEVA,

Quba rayon sakini