Azərbaycan turizm sektorunda yenilik!
Son illərdə ölkə siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilmiş və iqtisadiyyatımızın aparıcı sektorlarından biri olan turizm sahəsinə bir yenilik də “Terra Travel” turizm şirkəti tərəfindən gəldi.
Şirkətin yenicə istifadəyə vermiş olduğu www.terratravel.az internet səhifəsi funksionallığı və istifadəçi rahatlığı ilə Azərbaycan turizm bazarına bir yenilik gətirib. Səhifənin ərsəyə gətirilməsi üçün uzun zaman sərf olunduğunu bildirən şirkətin direktoru Sevil Vələdova AZƏRTAC-a bildirib ki, əsas məqsədləri müştərilərinə daha yaxşı xidmət təklif etmək və bazara innovativ bir yenilik gətirməkdir. Buna görə də müştəri istəklərini və turizm bazarının xüsusiyyətlərini uzun müddət araşdıran şirkət belə bir sayt hazırlamaq qərarına gəlib.
İstifadəçilərin maksimum rahatlığını hədəfləyən sayta daxil olan müştərilərə qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yaratma imkanı verilir. Müştəriləri şəxsi kabinetlərində sifariş tarixçələrini, eləcə də öz maraqlandıqları istiqamətlər və istəklərinə uyğun turların elanlarını görmək imkanları da gözləyir. Sayt vasitəsilə öz CRM (müştəri əlaqələrinin idarəedilməsi) sistemini daha da gücləndirməyi hədəfləyən şirkət, davamlı və sadiq müştəriləri üçün xüsusi endirimlər düşünüb.
Şirkətin direktoru bildirib ki, hələlik saytın sadəcə "Turlar" bölməsi aktiv olsa da çox yaxında "Otellər" və "Transferlər" bölmələri də istifadəyə veriləcək. Sayt üçün nəzərdə tutulan funksiyalardan biri də, qeydiyyatdan keçmiş müştərilərin öz səyahət təcrübələrini bir-biri ilə bölüşə biləcəkləri forumun yaradılmasıdır. Müsahibimiz hazırda Türkiyə istiqamətində erkən rezervasiya turları üçün mart ayının sonunadək 30-50 faiz endirimlər olduğunu xatırladır və hamını www.terratravel.az saytını ziyarət etməyə dəvət edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi proses...
25 Aprel
Tərəfdaşlıqdan strateji müttəfiqliyə
25 Aprel
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!