Alternative content

05:38 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan İstanbulda keçirilən Ümumdünya Turizm Forumunda təmsil olunur
Azərbaycan İstanbulda keçirilən Ümumdünya Turizm Forumunda təmsil olunur
ANA SƏHİFƏ / Turizm
02:02 16.02.2017

Fevralın 16-da İstanbulda III Ümumdünya Turizm Forumunun (World Tourism Forum) rəsmi açılışı olub.

Rəsmi şəxslərin və böyük turizm şirkətləri rəhbərlərinin də iştirak etdikləri açılış mərasimində Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.

Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edib.

Dünyada sülhün və sabitliyin bərqərar olunmasını beynəlxalq turizmin əsas inkişaf istiqaməti kimi dəyərləndirən Baş nazir vurğulayıb ki, turizm mədəniyyətlərin inteqrasiyasında, xalqlar arasında fərqli cəhətlərin yaxınlaşmasında mühüm əhəmiyyət daşıyır.

Təşkilat komitəsindən məlumat verilib ki, Forum çərçivəsində 20 ölkədən 150-dək beynəlxalq məruzəçi dinləniləcək. Bundan başqa, “Tourism 100” adlı təqdimatla dünyanın 100-dək nəhəng turizm şirkətinin adı açıqlanacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul