Alternative content

10:00 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Dünya Turizm Forumunun Qlobal İclasında təmsil olunacaq
Azərbaycan Dünya Turizm Forumunun Qlobal İclasında təmsil olunacaq
ANA SƏHİFƏ / Turizm
05:02 15.02.2017

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 16-18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlər keçiriləcək. Həmçinin tədbir çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi “dəyirmi masa”da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı da nəzərdə tutulub.