Alternative content

16:19 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bizim kəndimizə də mavi yanacaq verildi
Bizim kəndimizə də mavi yanacaq verildi
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 12.02.2017

 

Bu il qış vaxtından qabaq gəldiyindən kəndimizdə istiliklə bağlı problem daha  da aktuallaşmışdı. Lakin dövlətimizin yürütdüyü məqsədyönlü  sosial-iqtisadi siyasət və əhaliyə göstərilən xüsusi  qayğı nəticəsində  bu problemdən biz də birdəfəlik azad olduq:  nəhayət,  kəndimizə mavi yanacaq verildi. Sevincimiz hədsizdir.

Qeyd edim ki, yaşadığım Goranboy rayonunun Qaraçinar kəndində məcburi köçkünlər də məskunlaşıb. Bizim kimi onlar da uzun illər idi ki, evlərini isitmək, məişətdə enerjiyə olan  ehtiyaclarını ödəmək üçün min-bir əziyyətə qatlaşır, odun almağa, maye qaz axtarmağa məcbur qalırdılar.  Şübhəsiz, bütün bunlar ailə büdcələrinə xeyli ziyan vururdu. Üstəlik, qeyd etdiyim kimi, bu, əziyyətli, kirli-tüstülü, vaxt və əsəb aparan iş idi.

Təbii qaz həm keyfiyyətli enerji, həm də təmizlik, rahatlıq  deməkdir. Bundan başqa, bu əvəzsiz enerji mənbəyi hesabına fərdi təsərrüfatlarımızı genişləndirmək, deməli, eləcə də maddi gəlirlərimizi artırmaq imkanı yaranıb. İndi həyata baxışımızda daha nikbin, çalışmağa, işləməyə daha həvəsliyik. 

 

 Şahmar RZAYEV,

Goranboy rayonu, Qaraçinar kənd sakini

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM