Alternative content

19:07 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dərdimizi kimə deyək?
Dərdimizi kimə deyək?
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 12.02.2017

 

Hörmətli redaksiya!

Üzləşdiyimiz problem Bərdə rayonunda təkcə bizim ailə üçün yox, çoxları üçün narahatlıq doğurur. Həyat yoldaşım uzun illərdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Davamlı şəkildə müalicə edilsə də, bu bəladan xilas ola bilmir. Dövlətimiz sağ olsun: bu xəstəliklə mübarizədə dərman təminatını öz üzərinə götürüb. Dediyim odur ki, dövlət öz vətəndaşının sağlamlığı, rahatlığı üçün lazım olan hər şeyi edir. Amma rayonda elə şərait yaradıblar ki, biz dövlətin bu qayğısından yetərincə bəhrələnə bilmirik. Diabet xəstələrinə ayrılan dərmanı almaq üçün bizi get-gələ salırlar: kənddən rayon mərkəzinə dəfələrlə gedib-gəlməli oluruq. Hər dəfə də dərman alanda qan analizi verilməsini tələb edirlər. Bu isə əlavə xərcdir, süni yaradılan problemdir.

Əvvəllər dərman bölgü ilə yaşadığımız kəndin həkim məntəqəsinə göndərilirdi. Biz də əlavə xərcə düşmədən, vaxt itirmədən gedib dərmanı rahat şəkildə kənd məntəqəsindən alırdıq. İndi xeyli vaxtdır ki, iş qaydasını dəyişiblər. Gərək şəkər dərmanı almaq üçün mərkəzi xəstəxanaya gedəsən. Dərman da gah olur, gah olmur. Olanda da uzun növbə, basırıq, hay-küy əsəbimizi korlayır, bizi əldən salır.

Əlacsız qalıb məsələ ilə bağlı Səhiyyə Nazirliyinin “qaynar xətt”inə zəng vurdum. Vəziyyətin düzələcəyinə söz verdilər. Amma xeyri olmadı, heç nə dəyişmədi.

Hörmətli redaksiya! İndi bilmirik dərdimizi kimə deyək.

 

Telman HÜSEYNOV,

Bərdə rayonu, Alaçadırlı kənd sakini