İbrahim Hacılı Tovuzun ən böyük kəndlərindəndir. Burada 900-ə yaxın təsərrüfat var. 4 mindən çox əhalisi olan kənddə insanlar əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Arısı olanlar da çoxdur. Sakinlər istehsal olunan balı hər il Bakıda keçirilən yarmarkada satır, dolanışıqlarını təmin edirlər.
Hörmətli redaksiya!
Təəssüf ki, son vaxtlar kənddə arı saxlayanların sayı xeyli azalıb. Bunun da başlıca səbəbi kənddə mobil rabitə ötürücü stansiyası qurulandan sonra arıların sürətlə qırılmasıdır. Bununla əlaqədar dəfələrlə müraciət etməyimizə baxmayaraq, məsələni araşdıran, tədbir görən yoxdur.
Xahiş edirik, səlahiyyətli mütəxəssis-ekspert qrupu bu problemi yerində öyrənib rəy versin. Əgər həqiqətən də arıları qıran mobil rabitə avadanlıqlarının şüasıdırsa, bu stansiya kənddən təhlükəsiz məsafəyə köçürülsün.
Kərəm QULİYEV,
Tovuz rayonu,
İbrahim Hacılı kənd sakini