Alternative content

09:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmiz Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirir
Ölkəmiz Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirir
ANA SƏHİFƏ / Qəbullar
01:02 09.02.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırladı.

Görüşdə ölkəmizin daha da müasirləşdirilməsi və demokratikləşməsi istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışıldı, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.