Alternative content

05:41 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransanın bir neçə departamentində “ASAN xidmət”in səyyar avtobusları tətbiq olunur
Fransanın bir neçə departamentində “ASAN xidmət”in səyyar avtobusları tətbiq olunur
ANA SƏHİFƏ / Qəbullar
01:02 08.02.2017

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı İlham Əliyev Jean-Vincent Plasenin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanışlıq üçün yaxşı fürsət yaradacağına və keçiriləcək görüşlərin əlaqələrimizin inkişafı baxımından maraqlı olacağına əminliyini ifadə etdi.

Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan hökumətinin üzvləri və eləcə də ölkəmizin müxtəlif iqtisadi qurumlarının rəhbərləri ilə keçirəcəyi görüşlərdən danışdı. Bakıda Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacağını deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə etdi. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirdi. 

Görüşdə “ASAN xidmət”in uğurlu fəaliyyətindən və bu sahədə əməkdaşlıq imkanlarından danışıldı, Fransanın bir neçə departamentində artıq bu xidmətin səyyar avtobuslarının tətbiq olunduğu vurğulandı, Azərbaycan ilə birlikdə Fransanın bu xidmətin Afrika ölkələrində tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.