Alternative content

08:41 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən il ölkəmizi 2 milyondan çox turist ziyarət edib
Ötən il ölkəmizi 2 milyondan çox turist ziyarət edib
ANA SƏHİFƏ / Turizm
02:02 01.02.2017

2016-cı ildə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb. Ötən ildə ölkəmizə gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7 faiz artım deməkdir.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ölkəmizə daha çox Rusiya (33 faiz), Gürcüstan( 22,5 faiz), Türkiyə (13,9 faiz) və İrandan (10,9 faiz) gələnlər çoxluq təşkil edib.

Bununla yanaşı, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması, sözügedən ölkələrdən Azərbaycana səyahət edən turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.

2015-ci illə müqayisədə 2016-cı ildə ölkəmizə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.