Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul edib
Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:02 01.02.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Frederik Reynfeldtin Azərbaycana səfərinin ölkəmiz ilə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Londonda keçirilən ilk iclasında iştirak etdiyini məmnunluqla xatırladı. Dövlətimizin başçısı belə bir məqamı vurğuladı ki, ölkəmiz bu prosesə qoşulmağa neft sektorundan əhəmiyyətli maliyyə vəsaiti daxil olmazdan hələ illər öncə qərar vermişdi. Prezident İlham Əliyev o dövrdə təcrübənin öyrənilməsi məqsədilə Azərbaycandan suveren fondları olan ölkələrə nümayəndə heyətlərinin göndərildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görüldüyünü məmnunluqla qeyd etdi.

Frederik Reynfeldt Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olduğunu, bu qurumla uzun illər əməkdaşlıq etdiyini və həmin sahədə böyük nailiyyətlər qazandığını vurğuladı. Qonaq ölkəmiz tərəfindən açıqlanan hesabatların bu qurumun tələblərinə uyğun olduğunu qeyd etdi.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulandı, ölkəmizin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpa olunması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıldı.