Alternative content

13:43 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Avropa Komissiyasının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avropa Komissiyasının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
05:01 30.01.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ilk dəfə ölkəmizə səfər etdiyini, paytaxtımızın arxitekturasının, xüsusilə də Heydər Əliyev Mərkəzinin gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji, həmçinin TAP, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən danışdı, bütün bu sahələrdə həyata keçirilən mühüm layihələrin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd etdi.

Kristian Danielson Azərbaycanda görülən işlərin Avropa-Azərbaycan əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.