Alternative content

16:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ordumuzun aprel qələbəsindən sonra rahatlıq tapmışıq
Ordumuzun aprel qələbəsindən sonra rahatlıq tapmışıq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 29.01.2017

 

3400 nəfər əhalisi və 740 təsərrüfatı olan Goranboyun Tapqaraqoyunlu kəndi uzun illər düşmən mövqeləri ilə üzbəüz qaldığından  bu müddət ərzində gərgin və  rahatsız şəraitdə yaşamışıq. Lakin heç bir zaman qorxmamışıq,  çəkinməmişik - həyatımızı sürmüş, təsərrüfatımızı inkişaf etdirmişik. 

Belə demək mümkünsə, övladlarımız güllə-mərmi səsləri, barıt qoxusu altında böyüyüb. Əvvəllər elə gün olmurdu ki, ermənilər müxtəlif çaplı silahlardan kəndimizi atəşə tutmasınlar. Bu  səbəbdən kəndin təhlükəsizliyini təmin etmək üçün uzunluğu 2 kilometr, hündürlüyü 4 metr olan istinad divarı çəkilmişdi.

Keçən il aprel ayının əvvəllərində düşmənin təxribatlarının qarşısını alıb əks-həmlə ilə ona sarsıdıcı zərbə endirən Azərbaycan Ordusu ərazidəki strateji yüksəklikləri ələ keçirdi.  Bir sıra yaşayış məntəqəsini, o cümlədən kəndimizi atəş altında saxlayan  erməni mövqelərinin məhv edilməsi, düşmənin xeyli geri atılması nəticəsində, nəhayət, dinclik  tapmış, gərginlikdən çıxmışıq.  İndi rahat nəfəs alırıq.

Doğrudur, gərgin aprel döyüşləri zaman düşmən tərəfindən kənddə evlərə və infrastruktura xeyli ziyan vurulmuşdu. Amma dövlət qayğısı nəticəsində dəyən ziyan qısa zaman ərzində sürətlə aradan qaldırıldı, eləcə də  qaz, işıq  və rabitə xətləri bərpa edildi. Arabir çox uzaqdan atəş səsləri eşitsək də bilirik ki, kəndimizə  heç bir təhlükə yoxdur. Çünki əminik və bilirik ki, gündən-günə qüvvətlənən qüdrətli ordumuz bizi mətinliklə qoruyur.

 

Samir MUSTAFAYEV,

Goranboy rayonu,

Tapqaraqoyunlu kənd sakini


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM