Alternative content

07:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsilə verilən önəmə görə dövlətimizə minnətdarıq
Təhsilə verilən önəmə görə dövlətimizə minnətdarıq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 29.01.2017

 

Kəndimiz sevinc içərisindədir. Şübhəsiz ki, bu sevincdən də hər kəsə pay düşür, xüsusilə müəllim və şagirdlərə: ötən ilin noyabr ayından başlayaraq kəndimizdə tam orta məktəb üçün yeni bina inşa olunur. 132 yerlik tədris ocağı ikimərtəbəli olacaq. Bina müasir memarlıq üslubunda inşa edilir və burada tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılacaq.

Hazırda tədris korpusunun zirzəmi hissəsi tikilib, birinci mərtəbənin monolit dəmir-beton döşəməsi quraşdırılıb. İdman zalının kürsü hissəsində hörgü işləri tamamlanıb. Qazanxana və nasosxana binalarının tikintisi sona çatdırılıb, 10 kilovoltluq elektrik xətti çəkilib.

Məktəbin yeni tədris ilində, yəni bu ilin sentyabrında  istifadəyə verilməsi nəzərdə tutulub. Kənddə təhsilin səviyyəsinin yüksəldilməsi  naminə həyata keçirilən belə layihələr əhali tərəfindən yüksək qiymətləndirilir. Ölkənin, millətin gələcəyi  məktəbdən başlayır. Bu səbəbdən dövlət tərəfindən təhsilə verilən önəmə, göstərilən diqqət və qayğıya görə qəzet vasitəsilə minnətdarlığımızı bildirmək istəyirik.

 

Məcid BAXŞIYEV,

Kürdəmir rayonu, Axtaçı-Qarabucaq kənd sakini