Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:34 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qoruyaq yaxşıları” qrupu fəaliyyətdədir
“Qoruyaq yaxşıları” qrupu fəaliyyətdədir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 29.01.2017

 

Sumqayıtda, 10-cu mikrorayonda doğulub-böyümüşəm. Şəhərimizin inkişafı gözlərimin önündə olub, özüm də bu prosesdə yaxından iştirak etmişəm.  Keçmişdə - 1960-1980-ci illərdə şəhərin  binaları mütəmadi olaraq cari və əsaslı təmir olunardı: fasad boyası yenilənər, təsərrüfatdakı qüsurlar aradan qaldırılar, qapı-pəncərələrin sınıq-salxağı düzəldilərdi. Buna görə də bloklar təmiz və payız-qış aylarında isti olardı...

Sonra elə bil biganəlik küləyi əsdi. Heç nəyə baxan olmadı. Binaların pəncərələrini külək və ya uşaqlar sındırandan sonra onları bərpa edən tapılmadı. Ümumiyyətlə, problemlər üst-üstə qalandı, mikrorayonumuz görkəmini də itirdi, rahatlığını da...

Amma son bir neçə ildə şəhərimizdə aparılan abadlıq-quruculuq işləri bizim mikrorayonu da əhatə edib. Sevindirici haldır ki, indi  yenidən qurulan Sumqayıtda insan amili önə keçib, əhalinin qayğı və problemlərinə diqqət artırılıb. Görülən işlər hamının ürəyincədir. Yeni tikililəri, abadlığı, yaşıllığı, həyətdə qurulan idman-əyləncə vasitələrini, asayişi  qorumaq və gənc nəsildə ictimai məsuliyyəti artırmaq məqsədilə təşəbbüs göstərib sakinlərdən ibarət “Qoruyaq yaxşıları” adlı ictimai qrup  yaratmışıq.

Bayram günlərində, tətillərdə yeniyetmə və gənclər bizə dəstək verirlər. Yaxınlıqdakı 28 nömrəli məktəbin şagirdləri ilə birlikdə vaxtaşırı iməciliklər də keçiririk. Qurub-yaratmaq və onu qorumaq bir adamın işi deyil. Bunun üçün hamı əlbir olmalı, birgə  fəaliyyət göstərməlidir. Bizim qrup bu istiqamətdə daim fəaliyyətdədir.   

 

Elbəyi ABBASOV,

Sumqayıt şəhəri, 10-cu mikrorayon sakini

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM